Bu haqda Bakı Dövlət Universitetinin rəsmi səhifəsi məlumat yayıb Bu haqda Bakı Dövlət Universitetinin rəsmi səhifəsi məlumat yayıb
  • Toplum
  • 30 Noyabr 2020 14:00
  •  4 042

BDU qovulan tələbə ilə bağlı komissiya yaradıb

Bu haqda Bakı Dövlət Universitetinin rəsmi səhifəsi məlumat yayıb

Xəbər verdiyimiz kimi Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs əyani tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu Bakı Dövlət Universiteti tərəfindən verilmiş müvafiq əmrlə 23 noyabr 2020-ci il tarixindən Universitet tələbələri sırasından xaric edilib.

AzNews.az xəbər verir ki, bu haqda Bakı Dövlət Universitetinin rəsmi səhifəsi məlumat yayıb.

Məlumatda Pərviz Əlipənah oğlu Məhəmmədov Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevə ərizə ilə müraciət edərək bu əmrə yenidən baxılmasını xahiş etdiyi qeyd olunub.

Bildirilib ki, bununla əlaqədar BDU rektorunun müvafiq əmri ilə komissiya yaradılıb. Komissiyanın qərarına 30 noyabr 2020-ci il tarixdə keçiriləcək BDU Elmi Şurasında baxılaraq müvafiq qərar qəbul ediləcəkdir.

Səidə

AzNews.az