BŞTİ məlumat verib BŞTİ məlumat verib
  • Toplum
  • 7 Mart 2021 13:54
  •  6 751

Güclü külək orta məktəbin dam örtüyü uçurdu

BŞTİ məlumat verib

Bakıda əsən güclü külək nəticəsində 319 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub.

Bu barədə AzNews.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd edilir ki, digər bir neçə məktəbin həyətində isə ağacların aşması, xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunub.
Müvafiq təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı xəbərdarlıq olunub. Hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək.