Araşdırma aparılır Araşdırma aparılır
  • Toplum
  • 22 İyun 2021 11:58
  •  6 377

Bakıda biznes mərkəzində dəhşətli anlar - Məktub yazıb intihar etdi

Araşdırma aparılır

Bakıda "Azure" biznes mərkəzində intihar hadisəsi baş verib.

AzNews.az xəbər verir ki, bir neçə dəqiqə öncə binanın 15-ci mərtəbəsində yerləşən ofislərin birindən orta yaşlı kişi özünü yerə atıb.

Həmin şəxs hadisə yerində vəfat edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə cəlb olunub.

İntihar edən şəxsin kimliyi müəyyənləşib. Məlum olub ki, o, suvarma sistemləri üzrə fəaliyyət göstərən "Polyagro" MMC-nin mühasibi, 22 yaşlı Elvin adlı şəxsdir.

O, özünü binadan atmamışdan əvvəl məktub yazıb.

Məktubda qeyd edilir: "Hər şey bura qədərmiş. Həyat bəlkə də çox gözəldir, amma mən yaşamağı bacarmadım. Özünüzə yaxşı baxın. Möhkəm olun, mənə görə pis olmayın. 22 il də bəs edər. Ata, mama, qardaşım, sizi çox istəyirəm".

Araşdırma aparılır.