Hazırkı dövrədək 3698172 test aparılıb Hazırkı dövrədək 3698172 test aparılıb
  • Toplum
  • 23 İyun 2021 16:53
  •  9 519

Azərbaycanda yoluxanlar artdı - ölənlər də var

Hazırkı dövrədək 3698172 test aparılıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 57 yeni yoluxma faktı qeydə alınıb, 84 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzNews.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 335625 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 329794 nəfər müalicə olunaraq sağalıb, 4965 nəfər vəfat edib, aktiv xəstə sayı 866 nəfərdir.

Ölkədə son sutka ərzində 7948, hazırkı dövrədək isə 3698172 test aparılıb.