• Toplum
  • 27 İyun 20:07
  •  92 404

Deputat Ramil Həsənov vəkil Muxtar Mustafayevə hücum etdi - VİDEO

Almari Vael Süleymanın keçmiş arvadı hazırda deputat Ramil Həsənovla evlidir

Bu gün iyunun 27-də, Bakının mərkəzindəki “Four Seasons” otelinin foyesində Milli Məclisin deputatı Ramil Həsənovla Vəkillər Kollegiyasının sədr müavini Muxtar Mustafayev arasında çəkişmə olub.

AzNews.az bildirir ki, bu haqda M.Mustafayev virtualaz-ın redaksiyasına məlumat verib.

Sayt yazıb ki, mübahisə zamanı deputatı idmançı cüssəli şəxslər müşaiyət ediblər. Vəkilin sözlərinə görə, Nəsimi Rayon Məhkəməsinin qərarını icra edərkən deputat ona hücum çəkib, senzuradan kənar ifadələrlə təhqir edib. Deputat habelə vəkili aqressiv hərəkətlərə təhrik etməyə çalışıb və bu da redaksiyamıza təqdim olunan videokadrlardan görünür. Üstəlik deputat və onu müşaiyət edən şəxslər qapalı məkanda maskadan istifadə etməyərək karantin rejiminin tələblərini pozublar.

Deputatı özündən çıxaran isə M.Mustafayevin peşə fəaliyyətini yerinə yetirərək Nəsimi Rayon Məhkəməsinin iclasında Moldova əsilli britaniyalı biznesmen Almari Vael Süleymanın qanuni nümayəndəsi qismində iştirak etməsi olub.

Xatırladaq ki, Almari Vael Süleymanın keçmiş arvadı hazırda deputat Ramil Həsənovla evlidir. Britaniyalı biznesmenin həmin evlilikdən olan qızı isə indi Bakıda, deputatın evindədir. Vael Süleyman qızı ilə görüş hüququ almaq üçün məhkəməyə müraciət edib.