33 nəfər vəfat edib 33 nəfər vəfat edib
  • Toplum
  • 14 Sentyabr 2021 18:55
  •  5 095

2 077 nəfər COVID-19-a yoluxub

33 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 077 yeni yoluxma faktı qeydə alınıb, 3 725 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Aznews.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 463 326 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 416 194 nəfər müalicə olunaraq sağalıb, 6 167 nəfər vəfat edib, aktiv xəstə sayı 40 965 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 991, ötən müddət ərzində isə ümumilikdə 4 675 110 test aparılıb.