Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilir Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilir
  • Toplum
  • 21 Yanvar 2022 19:32
  •  3 221

Azərbaycanda məişət zorakılığına görə cəzalar sərtləşdirilir

Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilir

Azərbaycanda məişət zəminində zorakılığa görə cəzalar sərtləşdirilir.

Aznews.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilir.

Dəyişikliyə əsasən, mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməyə görə cəza sərtləşdirilir.

Hazırda bu hərəkətlərə görə, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Təklif olunan dəyişiklikdə isə dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif edilir.