- Toplum
- 11 İyun 14:13
- 2 112
Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb

Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 465 431 vahid artaraq bu il iyunun 1-nə 1 milyon 887 min 346-ya çatıb.
Bu barədə AzNews.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bu illər ərzində qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 451 200 vahid artaraq 991 122 olub.
"Təşviq əsaslı vergi siyasətinin əmək bazarına müsbət təsirləri davam edir", - deyə məlumatda qeyd olunub.