- Toplum
- 13:00
- 1 533
"Azəriqaz"-dan smart kartlarda yaranan problemlə bağlı açıqlama
Qazla bağlı tətbiq olunan limitin sıfırlanmasından sonra “Azəriqaz” İstehsalat Birliyinin smart kart tipli sayğaclarının fəaliyyətində problem yaranıb. Abonentlər bununla bağlı sosial şəbəkələrdə bildiriblər ki, problem dekabrın 31-dən yanvarın 1-nə keçən gecədən qeydə alınmağa başlayıb.
Paylaşımlarda qeyd edilir ki, ödəmə terminallarında karta pul yükləmək mümkün olmur.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, problemlərdən xəbərdardırlar.
"Smart kart tipli bəzi qaz sayğaclarının ödəniş sistemində yanvarın 1-i 2026-cı il tarixindən etibarən problem yaranıb. Həmin gün axşam saat 20:00-da problem aradan qaldırılsa da, kütləvi əməliyyatlar zamanı sistemdə təkrar xətalar baş verib. Təqvim ilinin əvvəli olması səbəbilə müraciət sayı da çox olub. Bu səbəbdən əlavə yüklənmə nəticəsində yenidən müəyyən texniki xətalar müşahidə edilib. Lakin yaranan çətinliklərin qısa müddətdə aradan qaldırılması üçün mütəxəssislər tərəfindən ciddi işlər görülür”,- deyə qurumdan bildirilib.
Aznews.az