- Dünyanın halı
- 14 Noyabr 2018 15:18
- 3 858
Ermənilərin nifrət etdiyi müdafiə naziri - İstefa verdi

İsraildəki ifrat sağçılar bu qarşıdurmaya etiraz edərək gecə yarısı mitinqlər keçirib
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, istefaya səbəb kimi onun ölkəsinin müdafiə siyasətini kifayət qədər qurmadığı göstərilir.
Qeyd edək ki, İsrail və Həmas 2014-cü ildən bu yana baş verən ən böyük qarşıdurma ilə üz-üzə qalıb. Hər iki tərəfdən atəşkəs pozulub, ölən və yaralananlar var.
Mənbə bildirir ki, İsraildəki ifrat sağçılar bu qarşıdurmaya etiraz edərək gecə yarısı mitinqlər keçirib.
Liberman da çox böyük ehtimalla bu təpkiyə dözməyərək istefa verib.
Yəhudi Evi Partiyası İsrailin müdafiə naziri vəzifəsinə hazırda ölkənin təhsil naziri postunu tutan Naftali Bennetin namizədliyini irəli sürməyi planlaşdırır.
Bu barədə İsrail KİV-i istinadən xəbər verir.
Qeyd olunur ki, partiya N.Bennetin müdafiə naziri təyin edilməsi məsələsini hökumətin mövcud olması üçün şərt kimi qoyub.
Daha əvvəl Aviqdor Liberman İsrailin müdafiə naziri vəzifəsindən istefa verib və Knessetə 21-ci çağırış seçkilərinin növbədənkənar qaydada yaxın zamanda keçirilməsinə çağırıb.
"Dövləti bir neçə aylıq iflic eləmək lazım deyil. Ümid edirəm ki, artıq noyabrın 18-dək hamı üçün uyğun olacaq növbədənkənar seçkilərin tarixi razılaşdırılacaq. Qoy seçicilər hansı siyasətin doğru olmasına qərar versin", - A.Liberman deyib.
Babək Göyüş
AzNews.az