Yeni Nobel komitəsi yaradıldı

İsveçdə ədəbiyyat üzrə yeni Nobel komitəsinin yaradıldığı elan edilib.

Bu qərar Nobel Fondu və İsveç Akademiyası tərəfindən qəbul olunub.

Qeyd edilir ki, bundan sonra yeni formatda fəaliyyət göstərəcək Nobel komitəsinə akademiyanın beş üzvü daxil olacaq.

Bildirilir ki, yeni üzvlərlə yanaşı, ədəbiyyat üzrə rəsmi üzv olmayan ekspertlər də bu komitəyə daxil olacaqlar.

Komitənin yeni heyəti 2019-cu ildən fəaliyyətə başlayacaq. (Trend)

AzNews.az