Qəza Satna dairəsində baş verib. Qəza Satna dairəsində baş verib.

Yeddi məktəbli dəhşətli qəzada can verdi

Qəza Satna dairəsində baş verib.

Hindistanın Madhya-Pradeş ştatında iki avtobusun toqquşması nəticəsində ən azı 8 nəfər həlak olub.

Qəza Satna dairəsində baş verib. Yerli polis rəisinin sözlərinə görə, həlak olanların 7-si məktəbli, biri isə avtobus sürücüsüdür.

Hüquq-mühafizə və yerli hakimiyyət orqanlarının əməkdaşları qəzanın səbəblərini araşdırmaq üçün hadisənin baş verdiyi əraziyə gəlib.

Qeyd edək ki, avtomobil yollarında sıxlıq, yol örtüyünün vəziyyətinin pis olması və sürücülərin intizamsızlığı Hindistanda ciddi yol- nəqliyyat hadisələri ilə müşayiət olunur. Rəsmi məlumata əsasən, hər gün qəzalar nəticəsində ölkədə 400 nəfərə qədər, il ərzində isə təxminən 150 min insan həyatını itirir.(AZƏRTAC)

© AzNews.az