Cənubi Koreya və KXDR sərhəd rayonunda mühafizə postları sökülür. Cənubi Koreya və KXDR sərhəd rayonunda mühafizə postları sökülür.

Koreyalılar sərhəddə mühafizə postlarını sökürlər

Cənubi Koreya və KXDR sərhəd rayonunda mühafizə postları sökülür.

Koreya Respublikası və KXDR noyabrın 30-na qədər hər iki ölkənin sərhədində 20 gücləndirilmiş mühafizə postunun sökülməsi prosesini başa çatdıracaq.

Bu barədə Cənubi Koreyanın Milli Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çhve Hön Su jurnalistlər üçün təşkil olunan brifinqdə bildirib.

Onun sözlərinə görə, demilitarizasiya zonasının bəzi rayonlarının minalardan təmizlənməsi prosesi də uğurla davam edir.

Bir müddət bundan öncə Seul və Pxenyan gərginliyin azaldılması və təsadüfi toqquşmaların qarşısının alınması məqsədilə Phanmuncom məntəqəsi rayonunda 10 blokpostu sökmək barədə razılıq əldə edib.

Çhorvona rayonunda neytral zolağın minalardan təmizlənməsi işləri isə carı ilin oktyabr ayında başlayıb.

Xatırladaq ki, 2018-ci ilin sentyabr ayında hər iki ölkənin müdafiə nazirləri koreyalararası sərhəddə hərbi gərginliyin azaldılması və qarşılıqlı etibarın möhkəmlənməsi istiqamətində saziş imzalayıb.

Sazişdə birləşmiş təhlükəsizlik zonasında tərəflərin tam tərksilah olunması, sərhəd rayonunda hərbi texnika üçün qadağan olunmuş zonaların yaradılması, sərhədyanı rayonlarda iri hərbi manevrlərin və artilleriya təlimlərinin qadağan edilməsi nəzərdə tutulur. Tərəflər, həmçinin demilitarizasiya zonasında 1950-1953-cü illərdə baş verən Koreya müharibəsi zamanı həlak olan hərbçilərin cəsədlərinin qalıqlarının axtarışlarının müştərək həyata keçirilməsini də planlaşdırır.(AZƏRTAC)

© AzNews.az