Afrikanın ən böyük neft ixracatçılarından olan Qabonda hərbi çevriliş olub. Afrikanın ən böyük neft ixracatçılarından olan Qabonda hərbi çevriliş olub.

Qabonda hərbi çevriliş oldu

Afrikanın ən böyük neft ixracatçılarından olan Qabonda hərbi çevriliş olub.

“RİA Novosti” agentliyi xəbər verir ki, hərbçilər dövlət radio yayımı stansiyasını ələ keçirib və yaxın vaxtlarda Milli Restavrasiya Şurasının yaradılacağını açıqlayıb.

Bildirilib ki, hərbçilər səhər saatlarında yayım şurasının ofisinə gəlib və radio efiri zamanı leytenant Ondo Obianq Kelli ordunun bəyanatını səsləndirib.

Qeyd edilib ki, hərbçilər ölkə prezidenti Ali Bonqonun 31 dekabr bəyanatından qəzəbləniblər.

Xatırladaq ki, Qabon prezidenti Ali Bonqo Ondimba oktyabrın 24-də Ər-Riyaddakı xəstəxanalardan birinə yerləşdirilib. Hazırda insult keçirən Ali Bonqonun Mərakeşdəki xəstəxanalardan birində müalicəsini davam etdirdiyi bildirilib.(oxu.az)

© AzNews.az