Niderland Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısına Leuvarden hərbi bazasında təlimlər zamanı ciddi ziyan dəyib. Niderland Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısına Leuvarden hərbi bazasında təlimlər zamanı ciddi ziyan dəyib.

Niderlandda F-16 qırıcısı özü-özünü vurub

Niderland Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısına Leuvarden hərbi bazasında təlimlər zamanı ciddi ziyan dəyib.

Trend-in məlumatına görə, təlimdə iki qırıcı təyyarə atəş açıb. Onlardan biri öz atəşindən ziyan görüb. Təyyarənin gövdəsi zədələnib, silahın hissələri isə mühərrikə düşüb.

Hadisədə xəsarət alan olmayıb. Pilot ciddi ziyan görmüş qırıcını hərbi poliqona endirə bilib.

AzNews.az