Ukraynada prezident seçkilərinin ilk turunun rəsmi nəticələri açıqlandı

İkinci turda Vladimir Zelenski və Petr Poroşenko mübarizə aparacaq.

Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) martın 31-də keçirilən prezident seçkilərinin birinci turunun nəticələrini açıqlayıb.

Prezident seçkilərinin ikinci turunda şoumen Vladimir Zelenski və hazırkı dövlət başçısı Petr Poroşenko mübarizə aparacaq.

MSK-nın açıqladığı nəticələrə əsasən, səslərin 30,24 faizini V. Zelinski toplayıb. P. Poroşenko 15,95 faiz, Yuliya Timoşenko 13,4 faiz, Yuri Boyko 11,67 faiz, Anatoli Qritsenko 6,91 faiz, İqor Smeşko 6,04 faiz, Oleq Lyaşko 5,48 faiz səs toplayıblar.

Aleksandr Vilkulanı seçicilərin 4,15% faizi, Ruslan Koşulinskini 1,62 faizi dəstələyib. Digər namizədlərin səs 1 faizdən az olub. (ona.az)

AzNews.az