Saxta avtomobil qəzaları üçün kameraların olmadığı yerlər müəyyənləşdirilib Saxta avtomobil qəzaları üçün kameraların olmadığı yerlər müəyyənləşdirilib

İtaliyada qan donduran dələduzluq - 34 nəfər saxlanıldı

Saxta avtomobil qəzaları üçün kameraların olmadığı yerlər müəyyənləşdirilib

İtaliyada hüquq mühafizə orqanları qeyri-adi yolla dələduzluq edən 34 nəfəri yaxalayıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, onlar insanların sümüklərini qırıb avtomobil qəzası keçirdiklərini deyərək sığorta şirkətlərindən milyonlarla avro təzminat almaqda təqsirləndiriliblər.

Siciliya adasındakı Palermo şəhərində əməliyyat keçirən polislər bunu fırıldaqçılıqla daxil olan bir nəfərin ölümündən sonra öyrəndiklərini açıqlayıb.

Saxlanılan şəxslər sözü gedən dələduzluq əməlində, xüsusilə narkomanlar, alkoqoliklər, əqli qüsurlu və maddi cəhətdən yardıma ehtiyacı olan insanlardan istifadə edib.

50-dən çox insanın binalara, anbarlara aparılaraq narkoz verildikdən sonra böyük daşlarla qol və ayaqlarının qırıldığı açıqlanıb.

Saxta avtomobil qəzaları üçün kameraların olmadığı yerlər müəyyənləşdirilib.

Dəstə üzvləri ayaqları qırılan şəxsləri yaxınları kimi xəstəxanaya aparıblar.

Bir hadisədə isə zərərçəkmişin ayağının gəmidə pilləkənlərdən düşərkən qırıldığı iddia edilib.

Pərvanə Ağazadə

AzNews.az