"Daha əvvəl giriş üçün nəzərdə tutulmuş keçid ümumiyyətlə bağlıdır" "Daha əvvəl giriş üçün nəzərdə tutulmuş keçid ümumiyyətlə bağlıdır"

Yeni prezident qapıları xalqın üzünə açdı

"Daha əvvəl giriş üçün nəzərdə tutulmuş keçid ümumiyyətlə bağlıdır"

Kiyevin Bakov küçəsində yerləşən Prezident Administrasiyanın qapısının girişində növbə gözləyən mühafizəçi oradan yığışdırılıb.

Bu barədə jurnalist Vasili Apasov feysbuk hesabında məlumat verib.

O, hadisə yerindən foto paylaşaraq yazıb: “Ukrayna Prezident Administrasiyasının qarşısındakı mühafizəçi yığışdırılıb və darvazalar açıq saxlanılıb. Daha əvvəl giriş üçün nəzərdə tutulmuş keçid ümumiyyətlə bağlıdır”.

Qeyd edək ki, adətən, administrasiyanın bütün kompleksi jurnalistlər və sakinlər üçün bağlı olurdu, oraya yalnız xüsusi keçidlərdən keçmək olardı. Vladimir Zelenski dünən baş tutmuş inauqurasiyasından sonra mühafizəçidən bütün vətəndaşları binaya buraxmağı tələb edib.(qafqazinfo.az)

AzNews.az