Ələ keçirilən neft tankeri ilə bağlı - Tehrandan açıqlama

“Biz rəsmi Londondan mümkün qədər tez vaxtda gəmini azad etməsini tələb edirik”

“Grace 1” neft tankerinin ələ keçirilməsi piratçılıq aktıdır”.

AzNews.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu sözləri İran XİN-in mətbuat katibi Seyid Abbas Musəvi deyib.

“Tehran regionda gərginliyin artmasına səbəb ola biləcək hərəkətləri qəti şəkildə rədd edir”.

O, neft tankerinin başqa dövlətin sularına daxil olmadığını qeyd edib. Musəvi İranın gəmini azad etmək üçün lazımi tədbirləri davam etdirdiyini və avropalı diplomatlarla daim təmasda olduğunu vurğulayıb.

“Biz rəsmi Londondan mümkün qədər tez vaxtda gəmini azad etməsini tələb edirik”, - deyə Musəvi bildirib.

Xatırladaq ki, Panamada qeydiyyatdan keçmiş supertanker “Grace 1” iyulun 4-də Cəbəllütariq tərəfindən Suriyaya xam neft daşımaqda şübhəli bilinərək saxlanılıb. Əməliyyatda Böyük Britaniyanın dənizçiləri iştirak ediblər. Buna cavab olaraq, İran XİN Böyük Britaniyanın Tehrandakı səfirini çağırıb. İspaniyanın xarici işlər naziri səlahiyyətlərini icra edən Cosep Borell bildirib ki, əməliyyat ABŞ-ın tələbi ilə həyata keçirilib.

Pərvanə Ağazadə

AzNews.az