Hökumət hələlik bununla bağlı dəqiq tarix verməyib Hökumət hələlik bununla bağlı dəqiq tarix verməyib

Bu ölkədə plastik torbalardan istifadəyə son verilir

Hökumət hələlik bununla bağlı dəqiq tarix verməyib

Almaniya höküməti ölkədə plastik torbaların tamamilə qadağan olunması üçün qanuni işlərə başladığını bildirib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almanyanın Ekologiya naziri Svenja Schulze plastik torbalarla bağlı verilən qərarı ictimaiyyətlə paylaşıb.

Yeni qərara əsasən, Almaniyada plastik torbalardan istifadə edilməyəcək. Hökumət hələlik bununla bağlı dəqiq tarix verməyib.

Schulze məqsədlərinin birdəfəlik plastiklərdən istifadəni sıfıra endirmək olduğunu deyib.

Qeyd edək ki, 2015-ci ildən bəri Almaniyada plastik torbalardan istifadə 64% azalıb.

Mehri QURBANOVA

AzNews.az