Rusiyanı geri qaytarmayın - Avropa dəfələrlə təhdidlər qarşısında diz çöküb

Trampın təsadüfi fikri kiçik bir beynəlxalq insidentin əsasını qoydu

ABŞ-ın “Commentary Magazine” nəşrinin əməkdaşı Noah Rothman antirusiya mətni ilə Trampı və Rusiyanın sivil dünya birliyinə qaytarılmasını dəstəkləyən "yumşaq avropalılar"ı tənqid edib.

AzNews.az inosmi.ru-ya istinadən xəbər verir ki, onun fikrincə, əgər sənaye cəhətdən inkişaf etmiş ölkələrin klubu yenidən G8-ə çevrilsə, bu, Qərbin Rusiyanın qarşısını almaq üçün güc və cəsarətinin olmadığının göstəricisi olacaq.

Aydındır ki, Donald Tramp heç bir strateji təşəbbüsə əhəmiyyət vermir və nəticədə Danimarkanı özünə qarşı çevirir. "Qrenlandiya yalnız bir fikir, sadəcə bir düşüncə idi", - deyə o, avqustun 21-də Ağ Evdə bu adanın Danimarkadan alınması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. Kopenhagenin öz ərazilərini itirməməsi prezidentin Avropaya səfəri çərçivəsində Danimarka Kraliçası II Margrethenin bu NATO ölkəsinə ziyarət etmək dəvətini rədd etməsi üçün bir bəhanə oldu. Beləliklə, Trampın sadəcə təsadüfi bir fikri kiçik bir beynəlxalq insidentin əsasını qoydu.

Təəssüf ki, bu ədəbsiz hərəkət Trampın başqa bir addımını kölgədə qoydu və hansı ki, o addım daha ciddi nəticələrə gətirib çıxara bilərdi. Elə həmin çıxışında Tramp Rusiyanın "Böyük yeddiliy"ə yenidən qəbul edilməsinin vacibliyini bəyan edib.

"Rusiya orada olsaydı, yaxşı olardı", deyə Tramp bildirib və Rusiya prezidenti Vladimir Putinin Ağ Evin sabiq sahibi Obamadan üstün olduğunu yenidən xatırladıb.

Trampın Danimarka ərazilərinin bir hissəsini əldə etmək cəhdlərindən fərqli olaraq, bu fikir müvəqqəti qaranlığın nəticəsi kimi görünmür. Bu, Trampın Rusiyanı bu beynəlxalq kluba yenidən qəbul etmək üçün "uyğun" olacağını bəyan etdiyi ilk açıqlama deyil, Ağ Evin rəsmiləri isə Trampın həqiqətən "böyük yeddilik" üzvləri ilə söhbətlərdə Putindən söz açmağa çalışdığını bildiriblər. Amerikanın NATO Alyansındakı müttəfiqləri Trampın bu təklifini rədd edir və bildirirlər ki, Rusiya yalnız bu kluba Krım yarımadasına qarşı iddialarından imtina etdikdən sonra qəbul edilə bilər.

Bu müqavimət bəzi rahatlıq gətirir, lakin tamamilə sakitləşdirici deyil. 2014-cü ildə Ukraynanın ərazisinə soxulduqdan və Krımın ilhaq edilməsindən sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyaların qorunub saxlanması məsələsində avropalıların qətiyyəti tədricən tükənməkdədir. Rusiyanın bu təşkilatdan çıxarılmasından beş il sonra Avropada qanunun aliliyini, demokratik idarəetmə prinsiplərini və insan hüquqlarını müdafiə edən Avropa Şurası səs vermək hüququnun Rusiyaya qaytarılmasına səs verdi. Ukrayna nümayəndələri Şuranın iclasını etiraz əlaməti olaraq tərk etdilər, lakin Rusiyanın Avropaya qayıtması ilə əlaqədar narahatlıq üçün başqa heç bir əlamət görmədik.

Rusiyanın Avropa cəmiyyətinə yavaş-yavaş, lakin düzgün şəkildə qayıtması digər revizionist dövlətlər üçün bir siqnaldır. Bu, sübut edir ki, Qərbin uzun müddət ərzində qonşu dövlətlərin sabitliyini pozmaq üçün güc tətbiq edən və işğalçı müharibələr aparan ölkəni cəzalandırılmasına gücü və cəsarəti çatmır. Avropa dəfələrlə təcavüzkar dövlətlər tərəfindən gələn təhdidlər qarşısında diz çöküb, lakin əvvəllər ABŞ yumşaq avropalıları dəstəkləməyə hazır idi. Donald Trampın dövründə Amerika anti-Qərb zülmünün müdafiəçisi rolundan imtina edir.

Əgər Rusiya qonşu dövlətlərin ərazilərini cəzasız olaraq ilhaq edə, soyqırımında təqsirli olan despotlara maddi dəstək verə, suveren dövlətlər daxilində pozuculuq fəaliyyəti apara, xaricdə gizli təsir əməliyyatları həyata keçirə və Rusiya ictimaiyyətinin narazılığını yatıra bilirsə, deməli, ABŞ başda olmaqla müharibədən sonrakı dünya nizamı uzun müddət belə davam etməyəcək. Soyuq müharibə başa çatdıqdan sonra dövrün səciyyəvi cəhətlərinə çevrilmiş nisbi sülhün və görünməmiş rifahın qorunması ABŞ-ın əsas marağıdır, lakin Amerika prezidenti, görünür, bunu anlamır. Bundan isə gələcək nəsillər əziyyət çəkəcəklər.

Babək Göyüş

AzNews.az