Hazırda paytaxtda üsyançılarla ordu arasında silahlı qarşıdurmanın davam etdiyi bildirilir Hazırda paytaxtda üsyançılarla ordu arasında silahlı qarşıdurmanın davam etdiyi bildirilir

Kəşfiyyatçılar dövlət çevrilişinə cəhd edib - VİDEO

Hazırda paytaxtda üsyançılarla ordu arasında silahlı qarşıdurmanın davam etdiyi bildirilir

Bu gecə Sudanda dövlət çevrilişə cəhd olub.

Paytaxt Xortumda yerləşən Baş Kəşfiyyat İdarəsinin binası ətrafında atışma səsləri eşidilib.

Kəşfiyyatçılar aşağı əmək haqlarına görə üsyan edib və bu da sonda dövlət çevrilişinə cəhdlə əvəzlənib.

Sudan Silahlı Qüvvələrinin sözçüsü, general Amar Məhəmməd əl-Həsən bildirib ki, kəşfiyyat təşkilatları əməkdaşlarının belə bir addımı utancvericidir.

General əlavə edib ki, üsyanın yatırılması üçün Silahlı Qüvvələr cəhdlərini davam etdirir:

“İndiyə qədər çoxsaylı üsyançıların təslim olması faktları qeydə alınıb. Ordu üsyanın yatırılması üçün cəhdlərini davam etdirir. Üsyanın qarşısı böyük mənada alınıb”.

Ölkənin informasiya naziri Məhəmməd Salih isə bildirib ki, baş verənləri dövlət çevrilişinə cəhd kimi qiymətləndirməyəcəklər: “Baş verənləri sadəcə, üsyan cəhdi kimi qiymətləndirəcəyik”.

Hazırda paytaxtda üsyançılarla ordu arasında silahlı qarşıdurmanın davam etdiyi bildirilir. (Reyting.az)

AzNews.az