91 yaşında 91 yaşında

Hüsnü Mübarək vəfat etdi

91 yaşında

Misirin sabiq prezidenti Məhəmməd Hüsnü Mübarək dünyasını dəyişib.

Məlumata görə, 91 yaşlı keçmiş prezident bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, Misirin 4-cü prezidenti olan H.Mübarək 1981-ci ildən 2011-ci ilə kimi ölkəyə rəhbərlik edib. H.Mübarək “ərəb baharı” inqilabı zamanı devrilmiş, daha sonra bir neçə ittihamla ömürlük həbs cəzasına məhkum edilmişdi. 2017-ci ildə Misirin Ali Məhkəməsi keçmiş dövlət başçısına bəraət verib. (Trend)

AzNews.az