Ermənistanda koronavirusa yoluxanların sayı 7402-yə çatıb Ermənistanda koronavirusa yoluxanların sayı 7402-yə çatıb

Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət

Ermənistanda koronavirusa yoluxanların sayı 7402-yə çatıb

Rusiyada bir gündə koronavirusdan 174 nəfər ölüb.

Rusiyada son sutka ərzində daha 8915 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 362 342-нə çatıb.

AzNews.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı 227 406 nəfər təşkil edir.

Ötən gün ərzində xəstəlik səbəbindən daha 174 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 3807-yə çatıb. Ümumilikdə 131 129 pasiyent isə sağalaraq evinə buraxılıb.

Ermənistanda koronavirusa yoluxanların sayı sutka ərzində daha 289 nəfər artaraq 7402-yə çatıb.

Bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 4 nəfər artaraq 91-ə çatıb. Ümumilikdə 3220 pasiyent müalicə olunaraq sağalıb.

4052 xəstənin müalicəsi davam etdirilir, 52 554 insan isə koronavirus testindən keçib.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyuna qədər uzadılıb.