Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb

Pakistanda koronavirusla bağlı vəziyyətdə rekord

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb

Pakistanda koronavirusla bağlı vəziyyətdə rekord göstərici qeydə alınıb. Belə ki, ölkədə son sutka ərzində 6 397 nəfərdə koronavirus aşkarlanıb.

AzNews.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Pakistanda koronavirusa yoluxanların ümumi sayı 125 933-ə yüksəlib.

Bundan əlavə, son 24 saat ərzində daha 107 nəfər koronavirusun qurbanı olub. Nəticədə ölkədə koronavirusdan ölənlərin sayı 40 247-yə çatıb.