Çin səfirliyi və ya konsulluqlar da öz binalarından kənarda böyük mədəni tədbirlər keçirdikdə Dövlət Departamentini müvafiq qaydada xəbərdar etməlidir Çin səfirliyi və ya konsulluqlar da öz binalarından kənarda böyük mədəni tədbirlər keçirdikdə Dövlət Departamentini müvafiq qaydada xəbərdar etməlidir

ABŞ-dakı Çin diplomatları məhdudiyyətlərlə üzləşir

Çin səfirliyi və ya konsulluqlar da öz binalarından kənarda böyük mədəni tədbirlər keçirdikdə Dövlət Departamentini müvafiq qaydada xəbərdar etməlidir

Donald Tramp administrasiyası Çin diplomatlarına dair yeni məhdudiyyətlər tətbiq etməklə adıçəkilən ölkədə amerikalı diplomatlara qarşı oxşar tədbirlərə cavab verəcək.

AzNews.az WSJ-yə istinadən xəbər verir ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo bu gün açıqlama verərək çinli diplomatların universitetlərə hər hansı səfər etməzdən əvvəl bu barədə Birləşmiş Ştatlar hökumətini xəbərdar etməli olduğunu bildirib.

Həmçinin Çin səfirliyi və ya konsulluqlar da öz binalarından kənarda böyük mədəni tədbirlər keçirdikdə Dövlət Departamentini müvafiq qaydada xəbərdar etməlidir.

Jurnalistlərlə söhbəti zamanı Çin tərəfinə qarşı “sadəcə qarşılıqlı tələblər” irəli sürdüklərini qeyd edən M.Pompeonun fikrincə, Çin hökuməti amerikalı diplomatların Çin xalqı ilə mütəmadi təmaslarının qarşısını almaq üçün tərtib edilən qeyri-şəffaf təsdiqləmə prosesləri sistemi hazırlayıb.