Trampı təhlükəli maddə ilə zəhərləmək istədilər

2 dəfə test edildikdən sonra zəhərin mövcudluğu təsdiq edilib

ABŞ Prezidenti Donald Trampa içərisində zəhərli risin maddəsi olan paket göndərilib.

AzNews.az “CNN”ə istinadən xəbər verir ki, az miqdarda belə insan ölümünə səbəb olan maddənin qoyulduğu paket Ağ Evin təhlükəsizlik qüvvələri tərəfindən göütürülb. 2 dəfə test edildikdən sonra zəhərin mövcudluğu təsdiq edilib. Faktla bağlı ABŞ-ın Federal Təhqiqatlar Bürosu və Prezidentin mühafizəsinə məsul olan Gizli xidmət araşdırmalara başlayıb. Ağ Evdən məsələ ilə bağlı hələlik açıqlama verilməyib.

Qeyd edək ki, risin sianid turşusundan 6 min dəfə daha zəhərlidir. Qaz şəklində dağılarkən ağciyər çatışmazlığına səbəb olan bu maddə 36-72 saat ərzində nəfəs çatışmazlığı yaradır. Risinə məruz qalan insan üçün antidot yoxdur.