Xəstəliyə H5N1 qrip virusu serotipi səbəb olub Xəstəliyə H5N1 qrip virusu serotipi səbəb olub

Ukraynada da quş qripi elan edildi

Xəstəliyə H5N1 qrip virusu serotipi səbəb olub

Ukraynada quş qripi təhlükəsi elan edilib.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hökumət Heyvanların sağlamlığının müdafiəsi üzrə Beynəlxalq Təşkilata Nikolayev vilayətində yüksək patogen quş qripi xəstəliyi barədə məlumat verib.

Ukraynanın Aqrar Siyasət və Qida Təhlükəsizliyi Nazirliyinin məlumatına görə, Kandıbino kəndində 10 ev quşu xəstələnərək tələf olub. Xəstəliyə H5N1 qrip virusu serotipi səbəb olub.

Qeyd edək ki, son zamanlar bir sıra Avropa və Asiya ölkələrində quş qripinə yoluxma faktları qeydə alınıb.