Cənubi Afrika Respublikası da ölkədə virusun yeni forması ilə bağlı narahatlığını bəyan edib Cənubi Afrika Respublikası da ölkədə virusun yeni forması ilə bağlı narahatlığını bəyan edib

İngiltərədə COVİD-in mutasiyaya uğramış yeni forması tapıldı - Ölkələr hərəkətə keçdi

Cənubi Afrika Respublikası da ölkədə virusun yeni forması ilə bağlı narahatlığını bəyan edib

Ümumdünya Səhiyyə Təşkilatı sentyabrda İngiltərədə koronavirusun mutasiyaya uğramış yeni formasına rast gəlindiyini elan edib.

AzNews.az TASS-a istinadən xəbər verir ki, ÜST-ün məlumatında koronavirusun mutasiyaya uğramış halının daha sonra Danimarka, Niderland və Avstraliyada da qeydə alındığını bildirib. Cənubi Afrika Respublikası da ölkədə virusun yeni forması ilə bağlı narahatlığını bəyan edib.

Mutasiyaya uğramış yeni növün İngiltərədə əvvəlcədən olduğu və ya ölkəyə sonradan daxil olması barədə heç bir məlumat yoxdur. Yeni virusa qarşı peyvəndlərin təsirli olub-olmayacağı da məlum deyil.

ÜST-ün xüsusi nümayəndəsi Devid Nabarro mutasiyaya uğramış yeni növün insan üçün çox böyük təhlükə olmadığını, ancaq yoluxma sürətinin daha güclü olduğunu deyib. Təşkilat İngiltərə hökuməti ilə sıx təmasda olduqlarını və yeni növlə bağlı daha çox məlumat əldə etdikdən sonra ictimaiyyətə açıqlayacaqlarını bildirib.

Britaniyanın Baş naziri Boris Conson deyib ki, koronavirusun yeni genetik variantı 70% daha çox yoluxucudur. Bununla belə, eksperlər yeni növün əvvəlki variantdan daha ölümcül olması ilə bağlı hər hansı sübut əldə edə bilməyiblər.

Artıq Londonda infeksiyanın yayılması təhlükəsinin dördüncü (maksimal) səviyyəsi elan edilib. Mağazalar, gözəllik salonları, idman zalları, restoran və kafelər bağlanıb. London əhalisi sərt karantin tədbirlərindən sonra kütləvi şəkildə şəhəri tərk etməyə başlayıblar.

Dünya dövlətləri də İngiltərədəki yeni təhlükəyə biganə qalmayıblar. Belə ki, Niderland, Fransa, İtaliya Britaniya gediş-gəlişi dayandırıb. Almaniya və İspaniya hökuməti isə Avropa İttifaqını Britaniya və CAR ilə əlaqələri dayandırmağa çağırıb.