Məlumatı Liviya Prezident Administrasiyası yayıb Məlumatı Liviya Prezident Administrasiyası yayıb

Liviyada keçid hökumətinin başçıları seçilib

Məlumatı Liviya Prezident Administrasiyası yayıb

Liviya Siyasi Dialoq Forumu keçid hakimiyyətə Prezident Şurasının sədrini və baş naziri seçib.

AzNews.az “Haber7”yə istinadən xəbər verir ki, məlumatı Liviya Prezident Administrasiyası yayıb.

Bildirilib ki, Məhəmməd əl-Menfi Prezident Şurasının sədri, Abdulhamit Dubeybe isə baş nazir seçilib.

Forum 2021-ci il dekabrın 24-də seçki keçirilməsi haqqında qərar qəbul edib. Məhəmməd əl-Menfi və Abdulhamit Dubeybe bu müddətədək vəzifələrini icra edəcəklər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyanın keçid hökumətinin başçılarını təbrik edib, ölkənin ərazi bütövlüyünü dəstəklədiklərini bildirib.