Nepalda 5,6 bal gücündə zəlzələ baş verib

Nepalın Cumla bölgəsindən təxminən 63 kilometr şimalda 5,6 bal gücündə zəlzələ baş verib.

AzNews.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Tədqiqat Xidməti (USGS) açıqlama yayıb.

Yerin 25 kilometr dərinliyində qeydə alınan yeraltı təkan Hindistanın paytaxtı Yeni Dehlidə də hiss olunub. Zəlzələdən sonra artçı təkanlar yaşanıb, bəzi evlərə ziyan dəyib.

Hələlik zəlzələ nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.

Xatırladaq ki, 2015-ci ildə Nepalda baş verən 7,8 bal gücündə zəlzələ 9 minə yaxın insanın həyatına son qoyub.

Pərvanə