NATO-nun baş katibi Türkiyənin Finlandiyanın təklifini ratifikasiya etməsini alqışlayır

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə parlamentinin Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolu ratifikasiya etmək qərarını alqışlayıb.

"Türkiyə Böyük Millət Məclisinin Finlandiyanın üzvlüyünün ratifikasiyasını başa çatdırmaq üçün səsverməsini alqışlayıram. Bu, bütün NATO ailəsini daha güclü və təhlükəsiz edəcək".

Aznews.az xəbər verir ki, bu barədə Yens Stoltenberq "Twitter"-də qeyd edib.

Türkiyə parlamenti Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib. Parlament zalında iştirak edən 276 deputatın hamısı lehinə səs verib. Ona görə də Finlandiya alyansa qoşulmaq üçün hüquqi əsaslar əldə edib.

Mövsüm