Moldova NATO ilə əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu açıqlayıb

Moldova müdafiə qabiliyyətinin gücləndirilməsi və qoşunların modernləşdirilməsi üçün NATO ilə fəal əməkdaşlıq proqramlarını inkişaf etdirməyi planlaşdırır.

Aznews.az xəbər verir ki, bu barədə respublikanın baş naziri Dorin Recan məlumat verib.

Siyasətçinin sözlərinə görə, Kişinyov alyans və onun üzvləri ilə tərəfdaşlıq proqramlarını daha dinamik etmək niyyətindədir. Recan əlavə edib ki, Rumıniya və ABŞ Moldovaya xüsusi dəstək verir.

“Neytrallıq biganəlik demək deyil, ona görə də biz müdafiə qabiliyyətini gücləndirməliyik, orduya sərmayələri artırmalıyıq ki, NATO standartlarına uyğun olsun. Bu sahədə tərəfdaşlarımızın dəstəyini alacağıq”, - deyə baş nazir bildirib.

Mövsüm