Çinin xarici işlər naziri Rusiyaya gedir

Çinin xarici işlər naziri Vanq Yinin Rusiyaya səfəri ikitərəfli münasibətləri inkişaf etdirmək məqsədi daşıyır.

Aznews.az-ın məlumatına görə, bu barədə nazirliyin rəsmi nümayəndəsi Mao Ninq qeyd edib.

“Vanq Yinin səfəri iki ölkə arasında strateji təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr mexanizminin həyata keçirilməsi çərçivəsində planlaşdırılan tədbirdir və iki ölkə başçılarının əldə etdiyi konsensusun həyata keçirilməsinə, habelə ikitərəfli münasibətlərin təşviqinə, əlaqələrin dərinləşdirilməsinə yönəlib. ”, - deyə o, brifinqdə bildirib.

Mao Ninq qeyd edib ki, Çin və Rusiya qarşılıqlı maraq doğuran məsələlərdə sıx təmaslar saxlayırlar.

Həmçinin qeyd edək ki, Vanq Yi sentyabrın 18-dən 21-dək Rusiya Federasiyasına səfər edəcək və strateji təhlükəsizlik üzrə Rusiya-Çin məsləhətləşmələrində iştirak edəcək .

Mövsüm