Tayvan Çin təyyarə və gəmilərinin yaxınlaşmasını qeyd edir

Tayvan silahlı qüvvələri adaya yaxınlaşan 103 təyyarə və 9 Çin Xalq Azadlıq Ordusunun (PLA) gəmisini qeydə alıb.

Aznews.az xəbər verir ki, bu barədə adanın Müdafiə Nazirliyi məlumat verib.

"ÇXR Silahlı Qüvvələri vəziyyəti izləyir və bu fəaliyyətlərə cavab vermək üçün patrul təyyarələri, dəniz gəmiləri və yerüstü raket sistemləri təyin edib",-deyə bildirilib.

Son 24 saat ərzində yaxınlaşan hərbi texnikanın sayı son dövrlərdə rekord həddə çatıb. Tayvanın Müdafiə Nazirliyi bunu regionda ciddi təhlükəsizlik problemi adlandırıb.

Mövsüm