- Dünyanın halı
- 11 Yanvar 2024 16:35
- 3 381
İsveçdə müharibəyə hazırlaşmağa çağıran məmurlar tənqid edilib
İsveçin mülki müdafiə naziri Karl-Oskar Bulin və ölkənin silahlı qüvvələrinin baş komandanı Mikael Büden vətəndaşları müharibəyə hazır olmağa çağırdıqdan sonra həyəcan təbili çalmaqda günahlandırılıb.
Bu barədə "Euractiv" məlumat yayıb .
Xüsusilə, keçmiş baş nazir Magdalena Andersson bildirib ki, təhlükəsizlik vəziyyəti ciddidir, lakin heç də yaxınlaşan hərbi münaqişədən xəbər vermir. O hesab edir ki, səslənən həyəcanlı bəyanatlar çoxlarını qorxudub, ona görə də hökumət əhalinin məlumatlandırılması işini daha yaxından izləməlidir.
Mövsüm
Aznews.az