Almaniya parlamenti ərəb ölkələri ilə yaxınlaşmanın lehinə çıxış edib

İranın İsrailə hücumu fonunda Bundestaqın Xarici Əlaqələr Komitəsinin sədri Miaçel Rot Almaniya ilə ərəb dövlətləri arasında silah ixracını da əhatə edə biləcək yaxınlaşmanın lehinə danışıb.

Bu barədə Almaniyanın "Deutschlandfunk" radio xidməti məlumat yayıb.

“Biz İsraillə barışmaq istəyən mötədil ərəb dövlətləri ilə daha sıx əlaqələr qurmalı olacağıq. Söhbət konkret olaraq Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Misir, Mərakeş və Səudiyyə Ərəbistanından gedir. Bunlar avtoritar sistemlərdir. Lakin bu ölkələr regionda sabitliyin təmin edilməsi rolunu öz üzərinə götürmək istəyirlərsə, biz onlara nə isə, hətta silah da təklif etməliyik”, - Rot bildirib.

Mövsüm

Aznews.az