Bloomberg Aİ-nin müxtəlif ölkələrdən 10 şirkətə qarşı sanksiya tətbiq etməyi planlaşdırdığını bildirib

Avropa İttifaqı (Aİ) Rusiya, Türkiyə , Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çindən Avropadan Rusiya Federasiyasına mal tədarük edən və bununla da ticarət embarqosunu pozduğu iddia edilən 10 şirkətə qarşı sanksiya tətbiq etməyi planlaşdırır.

Bu barədə Britaniyanın "Bloomberg" nəşri sənədə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bu şirkətlər idxalı Aİ tərəfindən məhdudlaşdırılan Rusiya hərbi-sənaye kompleksinə (MİK) mal tədarük edirdilər. Hazırda birlik Rusiyaya qarşı Qərb sanksiyalarından yan keçərək Rusiya Federasiyasını bu növ mallarla təmin etməyə davam edən qanunu pozan firmalara qarşı mübarizə aparır.

“İdxallara raket naviqasiya sistemləri ilə bağlı texnologiyalar, Avropa istehsalı olan antenalar, eləcə də hərbi kompüter avadanlıqlarında istifadə olunan komponentlər daxildir. Bu avadanlığın böyük hissəsi Aİ və ya ABŞ brendləri altında istehsal olunur ”, - deyə nəşr qeyd edir.

Mövsüm

Aznews.az