Aİ Ukraynada Qərbin maliyyə vəsaitlərinin oğurlanması ilə mübarizə üçün komissiya yaradıb

Avropa İttifaqı (Aİ) 2027-ci ilə qədər ölkəyə 50 milyard avro məbləğində yardım çərçivəsində Qərbin Ukraynaya maliyyə vəsaitlərinin oğurlanması və korrupsiya ilə mübarizə üçün komissiya yaradıb.

Müvafiq qərar assosiasiyanın rəsmi jurnalında dərc olunub.

Komissiya “fırıldaqçılıq, korrupsiya, maraqların toqquşması və digər cinayətlərlə mübarizə də daxil olmaqla, Ukraynaya yardım proqramı çərçivəsində Aİ maliyyəsindən qeyri-qanuni istifadəyə” qarşı çıxmaq niyyətindədir.

Üç nəfərdən ibarət komissiyanın Brüsseldə yerləşəcəyi, onun ayrıca bölməsi olan katibliyin isə Kiyevdə fəaliyyət göstərəcəyi gözlənilir. Yeni qurum Avropa Komissiyasına (AK) hesabat verəcək və 2028-ci il iyunun 30-dək işləyəcək.

Mövsüm

Aznews.az