Moskva ilə Kiyev arasında yeni görüşün keçirilməsi ilə bağlı razılıq əldə edilib

Rusiya və Ukrayna nümayəndə heyətləri yeni görüşün keçirilməsi barədə razılığa gəliblər.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.

X sosial şəbəkəsində (keçmiş Twitter) danışıqların nəticələrini şərh edən nazir "Tərəflər yeni görüşə də razılaşıblar" deyib.

Ankara tərəflər arasında dialoqu asanlaşdırmağa davam etməyə hazır olduğunu bildirib. Fidanın sözlərinə görə, Türkiyə danışıqlar prosesinin davam etdirilməsini gərginliyin azaldılması və davamlı sülhə doğru mühüm addım kimi qiymətləndirir.

Mövsüm

Aznews.az

Close menu