Hindistanda daşqınlar və torpaq sürüşmələri 34 nəfərin həyatına son qoyub

Hindistanın şimal-şərqində daşqın və torpaq sürüşməsi nəticəsində azı 34 nəfər ölüb.

Bu barədə Hindistanın NDTV telekanalı məlumat yayıb.

“Son üç gündə Assam, Manipur, Tripura, Sikkim, Arunaçal-Pradeş və digər ştatların şimal-şərqində daşqın və torpaq sürüşməsi nəticəsində azı 34 nəfər həlak olub”, - deyə məlumatda bildirilir.

Tripurada daşqınlardan 10 mindən çox insanın zərər çəkdiyi bildirilir.

Mövsüm

Aznews.az