Ukrayna nümayəndə heyəti iyunun 20-dən 30-dək Rusiya ilə yeni görüş təklif edib

Ukraynanın müdafiə naziri Rustem Umerov iyunun 2-də İstanbulda Rusiya ilə danışıqlardan sonra bildirib ki, Kiyev 20-30 iyun tarixləri arasında Rusiya nümayəndə heyəti ilə yeni danışıqların aparılmasını təklif edib.

Danışıqlardan sonra çıxışında o qeyd edib ki, tərəflər bütün hərbi əsirlərin və mülki şəxslərin azad edilməsi barədə razılığa gəliblər.

"Biz mübadilələr haqqında razılığa gəldik. Təfərrüatlar barədə tezliklə sizə məlumat verəcəyik. İlk növbədə, ağır yaralı və ağır xəstə hərbi əsirləri dəyişdirmək istəyirik. İkinci kateqoriya, hamısı 18-25 yaş arasında olan gənc əsgərlərdir. Biz həmçinin 6-6 min əsasda əsgərlərin qaytarılmasına razılaşdıq".

Mövsüm

Aznews.az