Suriya terrorla mübarizədə Türkiyədən kömək istəyir

Suriyanın yeni hakimiyyət orqanları terrorizmlə, o cümlədən İŞİD ilə mübarizədə müdafiə qabiliyyətinin gücləndirilməsi üçün Türkiyədən kömək istəyib.

Bu barədə TRT Haber telekanalı Türkiyə Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb .

"Suriya administrasiyası müdafiə qabiliyyətinin gücləndirilməsi və İŞİD-in rəhbərlik etdiyi terror təşkilatlarına qarşı mübarizə kontekstində Türkiyədən rəsmi yardım istəyib. Biz Suriyanın müdafiə qabiliyyətini gücləndirmək üçün səylərimizi davam etdiririk", - nəşr yazır.

Nəşr qeyd edir ki, İsrailin son hücumları Druz icması ilə Dəməşq arasında, xüsusən də cənubdakı Suveyda bölgəsində münasibətlərin daha da gərginləşməsinə səbəb olub. Türkiyə Suriyanın ərazi bütövlüyünün müdafiəsində, sabitliyin təmin edilməsində və terror təşkilatlarına qarşı mübarizədə qətiyyətini davam etdirir.

Mövsüm,

AzNews.az