- Dünyanın halı
- 17:43
- 1 597
Nepalın sabiq Baş nazirinin həyat yoldaşı öldürülüb

Nepalın sabiq Baş nazirinin həyat yoldaşı etirazçıların evlərinə hücumundan sonra öldürülüb.
Bu barədə yerli KİV məlumat yayıb.
Keçmiş Baş nazir Jalanat Xanalın həyat yoldaşı evində öldürülüb.
Hadisə onların Dalludakı iqamətgahında baş verib. Etirazçıların sabiq Baş nazirin həyat yoldaşının içərisində olduğu evi yandırdığı bildirilir.
O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən ölüb.
APA