- Dünyanın halı
- 15:52
- 1 597
Tbilisidə bir ailənin üç üzvü 22-ci mərtəbədən yıxılaraq ölüb

Gürcüstanın paytaxtı Tbilisinin İsani rayonunda Navtluqi küçəsində eyni ailənin üzvləri olduğu ehtimal edilən 3 nəfərin meyiti tapılıb.
Bu barədə Aznews.az Gürcüstan KİV-ə istinadən xəbər verir.
İlkin məlumata görə, faciə kirayədə yaşayan xarici vətəndaşların binanın 22-ci mərtəbəsindən yıxılması nəticəsində baş verib. Ölənlər arasında 12 yaşlı uşaq və 2 yetkin insan var.
Gürcüstan Daxili İşlər Nazirliyi intiharı əsas ehtimal kimi nəzərdən keçirir. İstintaq davam edir.