Havayda Kilauea vulkanı püskürür

ABŞ-ın Havay adasındakı dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea vulkanı 23 dekabr 2024-cü ildən püskürməyə başlayıb.

Havay Vulkan Rəsədxanası vulkanın dekabrdan bəri 37-ci dəfə püskürdüyünü və 120 metr hündürlüyə qədər lava püskürdüyünü bildirib.

Püskürmənin Havay Vulkanları Milli Parkı daxilindəki Halemauma krateri ilə məhdudlaşdığı bildirilir.

Vulkanın sonuncu dəfə noyabrın 9-da püskürdüyü qeydə alınıb.

Mövsüm,

AzNews.az