- Dünyanın halı
- 17:07
- 390
NYT: Venesuelalı müxalifət lideri Maduronun hədəsini şişirtməkdə ittiham olunur
Venesuela müxalifətinin lideri, Nobel mükafatı laureatı Maria Korina Maçado ABŞ-ın Karakasa təzyiqlərini əsaslandırmaq üçün prezident Nikolas Madurodan gələn təhdidləri şişirtdiyinə görə tənqid olunub.
Bu barədə “The New York Times” (NYT) qəzeti yazıb.
“Şübhəm yoxdur ki, Nikolas Maduro ABŞ daxil olmaqla bir çox ölkədə seçkilərin saxtalaşdırıldığı sistemin ilhamvericisidir”, — deyə Maçadonun sözləri materialda sitat gətirilib.
Nəşrin məlumatına görə, Maçado Maduronun Tren de Aragua və Cartel de los Soles adlı iki narkokartelə rəhbərlik etdiyini iddia edən yalan və ya təsdiqlənməmiş məlumatlar yayır və onu ABŞ-ın milli təhlükəsizliyinə təhdid kimi təqdim edir.
Mövsüm,
AzNews.az