- Dünyanın halı
- 10 Dekabr 18:53
- 2 379
Mərakeşdə iki binanın uçması nəticəsində ölənlərin sayı 22-yə çatıb
Mərakeşin şimalındakı tarixi Fes şəhərində bitişik iki dördmərtəbəli binanın uçması nəticəsində ən azı 22 nəfər ölüb, 16 nəfər yaralanıb.
Bu barədə “Le Monde” məlumat yayıb.
Axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi üçün ölənlərin sayının artacağı gözlənilir. Uçqun bir gecədə Əl-Müstəqbəl məhəlləsində baş verib.
Yaxınlıqdakı binaların sakinləri təhlükəsizlik məqsədilə təxliyə edilib.
Mövsüm,
AzNews.az