"Hazırda beynəlxalq ictimaiyyətdə “Qarabağ” adı gələndə..." - Aynur Camal

"Artıq o ərazilər başqa dövlətin tərkibində çoxdan inzibati ərazi vahidi anlayışını itirib"

“27 sentyabrda başlayan və 10 noyabrda Ermənistanın tam məğlubiyyəti ilə bitən Vətən müharibəsi yeni reallıqlar yaratdı”.

AzNews.az xəbər verir ki, bu sözləri Teleqraf Media Qrumunun rəhbəri Aynur Camal deyib:

“Ordumuz 1923-cü ildə Sovet İttifaqının yaratdığı və 1991-ci ildə ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayətinin artıq mövcud olmayan ərazisinə girməklə, faktiki olaraq ermənilərin 30 ilə yaxındır iddia etdikləri ərazi vahidini təkcə de-yure deyil, həm də de-fakto tarixin arxivinə gömdülər.

Hazırda beynəlxalq ictimaiyyətdə “Qarabağ” adı gələndə Azərbaycanın 4 (ləğv edilən rayonu da daxil etsək, 5) rayonunu birləşdirən və təəssüf ki, yalnız iqtisadi ərazi vahidi deyil, inzibati-siyasi ərazi vahidi kimi anlaşılan bölgəmiz təsəvvürlərdə canlanır. Halbuki belə bir inzibati-əərazi vahidi de-yure 1991-ci ildən, de-fakto isə 10 noyabrda ARTIQ YOXDUR!

A. Camal bildirib ki, Qarabağ – Azərbaycanın müəyyən dövründə bölgə, xanlıq və s. kimi mövcud olub:

“Azərbaycanda bu cür bölgələr az deyildi – Qarayazı, Borçalı, Zəngəzur, Göyçə kimi... Artıq o ərazilər başqa dövlətin tərkibində çoxdan inzibati ərazi vahidi anlayışını itirib və leksikondan çıxıb. Bizim ərazimizdə qalan və inzibati-ərazi vahidi kimi qorunub saxlanılmaqla, ermənilərin iddia etdiyi bölgəmiz haqda təsəvvürləri də dəyişməliyik.

Beləliklə, “Qarabağ”dan imtina edirik. Bu ad yalnız futbol komandasının, hansısa şirkətin, ən yaxşı halda isə iqtisadi ərazi zonasının adı ola bilər”.

Səidə

AzNews.az