İsrail-İran gərginliyi: Yaxın Şərqdə yeni münaqişə ocağı yaranır? - Sabiq ABŞ səfirindən AÇIQLAMA

İsrail İrana qarşı hərbi əməliyyata hazırdır. İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi bildirib ki, bu hər an baş verə bilər. Bəs, bu Yaxın Şərqdə yeni toqquşmalara gətirib çıxara bilərmi? Bu iki ölkə münaqişə ocağı ola bilərmi?

Məsələ ilə bağlı AzNews.az-a danışan ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib ki, İsrail son bir neçə il ərzində Suriyada İrana qarşı bir çox hərbi əməliyyatlara başlayıb.

"Bütün bunlara nəzər saldıqda isə mən İsrailin İrana qarşı hərbi əməliyyatlara başlayacağını gözləmirəm. İsrail hökuməti çox milliyyətçidir. O həmçinin İranın nüvə silahı proqramından olduqca narahatdır. Məlumdur ki, İran dəfələrlə keçmişdə hərbi əməliyyatlarla hədələyib".

Sabiq səfir qeyd edib ki, İranın təkcə İsraillə deyil, həmçinin İraqla da gərgin münasibətləri var.

"Eyni zamanda İranın İraqın şimalında kürdlərə qarşı hərbi əməliyyat planlaşdırdığına dair şayiələr var. Yəqin ki, İran bu həftə bu söz-söhbəti təkzib etmək üçün İraqa cavab verəcək".

M. Brayza sonda bildirib ki, bu təhdidlər ciddi hərbi əməliyyatların başlamasına səbəb olmayacaq.

Ayan Rzayeva,

AzNews.az